Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


20.10.2019  10:26 

Narkotik çəkib maşın sürən şəxs həbs edildi





A+  A-

Narkotik vasitənin təsiri altında sükan arxasına keçən şəxsin idarə etdiyi avtomobildə qurudulmuş marixuana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran Regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Orxan Verdiyev “Rent a car”lardan birinə məxsus “Toyota Corolla” markalı avtomobili sürücülük vəsiqəsi olmadığı halda idarə edərkən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli hərəkətlər etdiyi üçün O. Verdiyev tibbi müayinəyə dəvət edilib və onun narkotik tərkibli vasitələrdən istifadə etdikdən sonra avtomobili idarə etdiyi müəyyən olunub.

Rayon Məhkəməsinin qərarı ilə O. Verdiyev 5 gün müddətinə inzibati qaydada həbs olunub. Eyni zamanda, idarə etdiyi “Toyota Corolla” markalı avtomobilə keçirilən baxış zamanı yük yerindən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Narkotik vasitənin avtomobilin sərnişini, Qaradağ rayonu Sahil qəsəbəsinin sakini Tərlan İmanova məxsus olduğu müəyyən edilib.

Bu şəxs narkotik vasitənin ona məxsus olduğunu, şəxsi istehlakı üçün saxladığını bildirib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər 1613 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +