Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.01.2019  09:28 

Yollarla bağlı dəyişiklik





A+  A-

Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, 2019-2021-ci illərdə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddi küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılacaq, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılacaq.

Bundan başqa, təhlükəli yol sahələrində sürət həddi meyarları qanunvericilikdə təsbit ediləcək, avtomobil yollarının kateqoriyasını və təhlükəsizlik səviyyəsini nəzərə almaqla sürət həddi optimallaşdırılacaq.

Sənəddə təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tablolarının yerləşdirilməsi, sürət həddinə nəzarət edən xüsusi texniki vasitələrin səmərəliliyinin təhlilini aparmaqla, onların yollarda dislokasiyasının və sayının optimallaşdırılması, həmin vasitələrin sürət həddini aşmanın daha təhlükəli olduğu yol sahələrində quraşdırılması da nəzərdə tutulur.

Xəbər 1187 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +