Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


02.10.2017  17:09 

Prezidentin etiraz etdiyi qanun Milli Məclisdə müzakirə olundu





A+  A-

Milli Məclis prezidentin etiraz etdiyi qanuna dəyişiklik məsələsinə baxıb.
XəzərNews.az xəbər verir ki, “Dövlət qulluğu haqqında” qanuna bu ilin iyunun 13-də Milli Məclis tərəfindən dəyişiklik edilmişdi. Həmin dəyişikliyə əsasən Məhkəmə-Hüquq Şurası Aparatı dövlət orqanlarının təsnifatına daxil edilmişdi. Ölkə başçısı bu dəyişikliyə etiraz edib.

Buna görə də qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məlum etiraza komitə tərəfindən baxılıb. İclasda da etirazın məqsədəuyğun olduğu qeyd olunub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları) daxildir.

Xəbər 2002 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +