Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


19.09.2017  09:28 

Uşaqlar dərsdə niyə ağlayır?





A+  A-

Bir çox hallarda birinci sinifə gedən uşaqların ağladığının şahidi oluruq.
XəzərNews.az xəbər verir ki, həkim pediatr Vaqif Qarayev Trend-ə bildirib ki, uşaqların ağlamalarının səbəbləri müxtəlifdir.

Onun sözlərinə görə, təcrübə göstərir ki, ev şəraitində və ya 5-6 nəfər uşaqla özəl mərkəzlərdə hazırlıq kursu keçən, valideynin həddindən artıq qayğısı ilə böyüyən uşaqlar məktəb mühitinə çətinliklə uyğunlaşırlar, hətta bağçaya gedən bəzi uşaqlar da məktəbin səs-küyünə adekvat reaksiya verə bilmirlər.

Həkim hesab edir ki, uşaqları sevmək lazımdır, amma fasiləsiz "gözümdən uzağa getmə" prinsipi (xüsusən oğlan uşaqlarını) doğru deyil: "Uşaqlar tanımadığı uşaqlarla ünsiyyət qurmağa çalışmalıdılar. Mikroməktəb mühitinə uyğunlaşmaq üçün yaxşı olar ki, uşaq sayı çox olan hazılıq kurslarına getsinlər".

Xəbər 1552 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +