Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


02.08.2017  09:36 

Azərbaycanın ən varlı adamı 290 dəfə radara düşüb - Cəriməni ödəmir





A+  A-

Azərbaycanın ən məşhur iş adamlarından biri İsgəndər Xəlilov yol polisinə olan borcunu ödəmir.
XəzərNews.az Avtosfer.az-a istinadən xəbər verir ki, “İSR” Şirkətlər Qrupunun rəhbəri, milyonçu İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı "Mercedes S class" markalı avtomobil 290 dəfə radara düşüb və müxtəlif qayda pozuntularına görə elektron protokollar tərtib edilib. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq milyonçu iş adamı təxminən 10 min manata yaxın cəriməni ödəmir.

Qeyd edək ki, iyulun 27-də Bakıda yol polisinin keçirdiyi reyd zamanı İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı avtomobil aeroport yolunda hərəkətdə olarkən ödənilməyən cərimələrə görə DYP əməkdaşları tərəfindən "saxla" işarəsi verilib. Lakin iş adamı polisin qanuni tələbini yerinə yetirməyərək hərəkəti davam etdirib və maşını saxlamaq mümkün olmayıb.

Xəbər 792 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +