Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


19.03.2022  20:52 

Putin bu şərtlərlə müharibəni dayandıra bilər...





A+  A-

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə danışıqlarında müharibənin dayandırılması üçün təklifini və iki dövlət başçısının Türkiyədə görüşməsi ilə bağlı təklifini çatdırıb”.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet”ə müsahibəsində deyib.

O bildirib ki, Zelenski buna hazırdır, lakin Putin hələlik mövqelərin liderlər səviyyəsində görüş üçün münasib olmadığı qənaətindədir:

“Əvvəlcə əsas mövqelərin liderlər səviyyəsində müzakirəsi üçün yaxınlaşdırılması və anlaşmaya doğru irəlilədilməsi zəruridir. Prezidentimiz buna hazır olduğunu, asanlaşdırıcı rol oynayacağını, iki tərəfin etibar etdiyi ölkə olaraq Türkiyədə bu görüşün keçirilə biləcəyini ifadə etdi”.

İ.Kalın Putinin liderlərin görüşündən əvvəl həll edilməsini istədiyi tələbləri də dilə gətirib:

“Müzakirə edilən altı məsələ var. Birincisi, Ukraynanın tərəfsizliyi, yəni NATO üzvü olmaqdan imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində silahsızlanma və qarşılıqlı təhlükəsizlik təminatlarının verilməsidir.

Üçüncüsü, rus tərəfinin “nasistlərdən təmizləmə” deyə ifadə etdiyi prosesdir. Dördüncüsü, ruscanın Ukraynada geniş istifadəsinə qoyulan maneələrin aradan qaldırılmasıdır”.

O bildirib ki, davam edən müzakirələrdə ilk dörd maddədə müəyyən məsafə qət edilib:

“Tam razılaşma olduğu və ya bununla bağlı sazişin imzalanmaq üzrə olduğunu demək tezdir.

Ən çətini beş və altıncı maddələrdir. Bunlar Donbas və Krımın statusu məsələsidir. Rus tərəfinin Krımın ilhaqının və Donbasdakı iki qondarma respublikanın tanınması tələbləri Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi mümkün olmayan məsələlərdir. Bunların fərqli formullarla müzakirə edilə biləcəyinə dair yanaşmalar var.

İlk dörd maddədə razılığa gəlinərsə, beşinci və altıncı maddələrlə əlaqədar liderlər səviyyəsində bir görüş ola bilər. Bu görüşlər nəticəsində bir anlaşma əldə olunması və müharibənin başa çatdırılması mümkün ola bilər”.

Xəbər 2205 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +