Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.06.2021  12:54 

“Azərbaycan incəsənəti üçün fəlakət ilidir” - Xalq artisti





A+  A-

Xalq artisti Valeh Kərimov koronavirusdan dünyasını dəyişən dostu, həmkarı Ramiz Əzizbəyli haqqında danışıb.
XəzərNews.az-ın məlumatına görə, Valeh Kərimov “Qafqazinfo”ya açıqlamasında Ramiz Əzizbəylinin ölümündən kədərləndiyini bildirib: “Azərbaycan incəsənətinin talanan vaxtıdır. Bizim çox böyük sənətkarlarımız dünyasını dəyişdi. Sanki fəlakət bu il Azərbaycan incəsənəti üçündür.

Ramiz Əzizbəyli böyük istedada malik idi. Hərtərəfli insan idi. Rejissor, aktyor, şair, müəllim kimi tanınırdı. Onunla telefon vasitəsilə əlaqə saxlamışdım. Hər dəfə deyirdi ki, yaxşıdır. Özünə təskinlik verirdi ki, sağalacaq. Xəstəxanaya getmək də mümkün deyildi, çünki pandemiya xəstəxanası idi.

Artıq Ramiz getdi, Azərbaycan incəsənəti onu itirdi. 1960-70-ci illərdə yetişən sənətkarlar hamısı bu illərdə getdilər. Onun kinolarını izləyirsiniz, filmlərdə rollarını görürsünüz. Mahnılar da oxuyurdu, “Bəyin oğurlanması” filmində “Aman tello” mahnısını ifa etmişdi. Xaraktercə şən insan idi, danışırdı, gülürdü, lətifə deyirdi. Allah rəhmət etsin”.

Xəbər 2594 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +