Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


06.11.2023  09:56 

ABŞ-ın 5 milyon dollar vəd etdiyi cinayətkar... - Türkiyədə saxlanıldı





A+  A-

Beynəlxalq axtarışda olan və ABŞ-ın barəsində 5 milyon dollar vəd etdiyi İsveç vətəndaşı Maksimilian Rivkin Türkiyədə saxlanılıb.

Bu barədə "Yevropeyska pravda” İsveçin "Aftonbladet” qəzetinə istinadən məlumat yayıb.

Birləşmiş Ştatlar 2023-cü ilin iyulunda Rivkini axtarışa verib və onu həbs etməyə kömək edəcək məlumat üçün 5 milyon dollar vəd edib. Bundan sonra İsveç polisi də onu axtarışa verib.

FTB Rivkini 2018-ci ildə, kəşfiyyat xidmətinin özü tərəfindən kriminal aləmdən insanları cəlb etmək və onlara nəzarət etmək üçün yaratdığı gizli "Anom” messenceri vasitəsilə ifşa edib.

Rivkin İsveçin Örebro şəhərinin məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ağır cinayətlər törətdiyinə görə qiyabi mühakimə olunur. Digər cinayətlərlə yanaşı, o, külli miqdarda narkotik qaçaqmalçılığında şübhəli bilinir.

Noyabrın 4-ü axşam saatlarında Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, Rivkin və daha bir neçə nəfər İstanbulda reyd zamanı saxlanılıb.

Nazirin sözlərinə görə, Maksimilian Rivkin bundan əvvəl saxta Bolqarıstan pasportundan istifadə edərək Türkiyə vətəndaşlığını ala bilib.

Türkiyə artıq onun vətəndaşlıqdan çıxarılması proseduruna başlayıb. /Qaynarinfo



Xəbər 933 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +