Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


03.02.2021  09:43 

Bezos “Amazon”un baş direktoru vəzifəsindən gedir





A+  A-

“Amazon” korporasiyasının sahibi Ceff Bezos şirkətin baş direktoru vəzifəsini 2021-ci ildə tərk edəcək və Direktorlar Şurasının sədri vəzifəsini tutacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti öz saytında bildirib.

“Təsisçi və icraçı direktor Ceff Bezos 2021-ci ilin üçüncü rübündə [Direktorlar Şurasının] sədri vəzifəsinə keçəcək, onun yerini Endi Cessi tutacaq”, - məlumatda deyilir.

Bezosun fikrincə, yaxşı maliyyə göstəriciləri və şirkətin dayanıqlı mövqeyi ona öz vəzifəsini dəyişməyə imkan verir. “Hazırda “Amazon”un yeniliklərinin ən yüksək səviyyədə olduğunu görürəm və bunun sayəsində belə bir dəyişiklik üçün doğru vaxt gəlib”, - mətbuat xidməti baş direktorun sözlərini sitat gətirir.

“Forbes” jurnalının məlumatına görə, Bezos hazırda dünyanın ən zəngin insanıdır. Şirkət səhmlərin 11%-nin sahibi olan Bezosun varidatı $196,2 milyard həcmində qiymətləndirilir. Bundan əlavə, Bezos “Blue Origin” adlı özəl aerokosmik şirkətin əsasını qoyub, ABŞ-ın “The Washington Post” qəzetinin sahibidir.



Xəbər 2125 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +