Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


18.09.2020  15:28 

Çində peyvənd laboratoriyasında qaz sızması - 3 mindən çox insan xəstəliyə yoluxdu





A+  A-

Çinin şimal-qərbində heyvanlar üçün peyvənd istehsal edən, dövlətə məxsus bioloji müəssisədə qaz sızması nəticəsində minlərlə insanın bakterial xəstəliyə yoluxduğu açıqlanıb.
XəzərNews.az “CNN”ə istinadən xəbər verir ki, Çinin Lançjou şəhərində 3 245 insanın adətən yoluxmuş heyvanlarla və ya heyvan məhsulları ilə sıx təmasdan qaynaqlanan bruselyoz xəstəliyinə yoluxduğu bildirilib.

Lançjou şəhərinin səhiyyə qurumu tərəfindən bu gün yayımlanan açıqlamaya görə, bakteriyaların yayılmasında əsasən qoyunlar, mal-qara və donuzlar rol oynayıb.

Hadisələrə görə üzr istəyən şirkətin peyvənd istehsalı lisenziyası ləğv edilib. Səlahiyyətli şəxslər oktyabr ayına qədər xəstələrə təzminat ödəməyə başlayacaqlarını açıqlayıb.

Qeyd edək ki, Malta qızdırması və ya Aralıq dənizi qızdırması olaraq da bilinən bruselyozun simptomları baş ağrısı, əzələ ağrısı, qızdırma və yorğunluq kimi əlamətlərdən ibarətdir.

Xəbər 1897 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +