Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


05.02.2019  18:32 

Marneulidə 55 yaşlı kişi “donuz qripi”ndən ölüb





A+  A-

Gürcüstanın Marneuli rayonunda 55 yaşlı kişi H1N1 virusundan dünyasını dəyişib.
XəzərNews.az gürcü KİV-nə istinadən xəbər verir ki, o, iki həftə idi ki, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə olub.

Marneuli İctimai Səhiyyə Mərkəzinin direktoru Eter Laperadzenin dediyinə görə, həmin şəxsdə “donuz qripi” ilə yanaşı, bir neçə xroniki xəstəlik də olub. Buna görə də xəstə virusa tab gətirə bilməyib və dünyasını dəyişib.

Laperadzenin bildirdiyinə görə, Marneuli miqyasında virusla mübarizə üçün Tamiflu preparatından istifadə olunur.

Marneuli miqyasında ümumilikdə laboratoriya tərəfindən təsdiqlənmiş 7-8 “donuz qripi”nə yoluxma halı qeydə alınıb.

Xəbər 1312 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +