Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


05.04.2018  13:48 

İran XİN rəhbəri Bakıda İsraili pislədi





A+  A-

"İsrail tərəfindən blokdada olan Qəzza zolağı dərhal azad olmalıdır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

O bildirib ki, İran Qəzza zolağının dərhal blokadadan azad olunmasını tələb edir.

“Fələstində qadın və uşaqların kütləvi şəkildə öldürülməsini qınayırıq. Fələstinlilərin hüquqlarının tam şəkildə bərpası və Fələstinin tam olaraq işğaldan azad olunması üçün beynəlxalq məhkəmənin qurulmasını istəyirik".

Nazir bildirib ki, İŞİD terror təşkilatı tamamilə məhv edilsə də digər terror təşkilatlarının fəaliyyəti nəticəsində İraq və Suriyada sadə insanlar əziyyət çəkir.

"Regionda terror təhlükəsi qalmaqdadır və bunun qarşısını almaq üçün əməkdaşlıq, qarşılıqlı hörmət, həmçinin digər ölkələrin hegomaniyadan imtina etməsi önəmlidir. ABŞ öz nüvə infrastrukturunun inkişafına 1.3 trilyon dollar sərf etmək niyyətindədir ki, bu da narahatedici faktdır".

Xəbər 1526 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +