Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb


29.03.2024  00:08 

Kobaxidzenin adından müsəlmanlar üçün iftar süfrəsi təşkil olunub





A+  A-

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin adından ölkənin müxtəlif bölgələrində yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil olunub.

Xəzərnews.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, Azərbaycan, Türkiyə, İran, İraq, Qətər və Türkmənistanın Gürcüstandakı səfirləri, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İrakli Kobaxidze çıxışında qarşıdan gələn Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib. O, Ramazan ayının şəfqət, sevgi, yardımsevərliliyi ilə seçilən bir ay olduğunu bildirib.

Qeyd edib ki, tarix boyu Gürcüstanda xristianlar, müsəlmanlar və digər dinlərə mənsub vətəndaşlar birgə qarşılıqlı hörmət, sülh şəraitində və mehriban yaşayıblar. Ənənə bu gün də davam edir və Gürcüstan dövləti gələcəkdə də tarixi adəti gələcək nəsillərdə yaşadacaq.

Hamımız bu ölkənin vətəndaşıyıq və ona görə də ölkəmizin inkişafı istiqamətində əlimizdən gələni əsirgəməməliyik”.

Daha sonra çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Gürcüstanda yaşayan müsəlmanların son illərdəki dini vəziyyəti ilə bağlı məlumat verib. O, dövlətin müsəlmanlara və digər ənənəvi dinlərə diqqət və dəstəyindən danışıb.

Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adəm Şantadze, Şərqi Gürcüstanın müftisi hacı Etibar Eminov da çıxış edərək ölkədə İslam dininə göstərilən diqqət, hörmət və etimada görə hökumət başçısına təşəkkür ediblər.

Onlar Ramazan ayı boyunca ölkənin müsəlmanlar yaşayan bütün bölgələrində dövlət tərəfindən təşkil olunan iftar süfrələrinə görə də Baş nazirə minnətdarlıqlarını bildiriblər.//axar.az

Xəbər 3761 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +