Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


13.03.2024  10:12 

“Mercedes-Benz Japan”cərimələndi





A+  A-

Mercedes-Benzin Yaponiya filialı olan "Mercedes-Benz Japan" müştərilərini aldatdığı üçün 1,23 milyard yen (8,3 milyon dollar) məbləğində cərimələnib.

Xəzərnews.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Yaponiya hökumətinə bağlı İstehlakçı Məsələləri Agentliyi (CAA) şirkətin avtomobil kataloqları GLA və GLB modellərinin müəyyən sürücülük yardım sistemləri ilə təchiz edildiyini göstərib.

Avadanlıqlara nəqliyyatın hərəkəti yenidən başlayanda dayandırılmış avtomobili avtomatik irəli aparan sistem və dönmə siqnalını işə salmaqla sürücüyə zolaq dəyişdirməyə imkan verən sistem daxil idi. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bu sürücülük avadanlığı, əslində, müştərinin istəyindən asılıdır. Agentlik sözügedən vəziyyəti "müştəriləri çaşdırmaq" olaraq təyin etdiyini və "Mercedes-Benz Japan"ı 1,23 milyard yen (8,3 milyon dollar) məbləğində cərimələdiyini bildirib.

Şirkətə vəziyyətin təkrarlanmaması üçün tədbir görülməsi tapşırılıb.

Dövlət yayımı NHK-nın hesabatında qeyd edilib ki, bu cəza “çaşdırıcı ifadələrə görə indiyədək tətbiq edilən ən yüksək cəza”dır. “Mercedes-Benz Japan” şirkəti qanunlara uyğunluğun təmin edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün çalışacağını açıqlayıb.

Xəbər 1421 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +