Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


30.08.2023  20:19 

Qubad İbadoğlunun təkrar müayinəsi tələb olunur





A+  A-

“Dörd gündən sonra London həkimlərinin Qubad İbadoğluna yazdığı müalicə kursu başa çatır. Bundan sonra o, yenidən müayinədən keçməlidir. Qardaşım hazırda bir gündə 8 adda dərman qəbul edir. Mümkündür ki, müayinədən sonra həmin dərmanların bəzilərinin qəbulu saxlanılsın, yenilər əlavə olunsun, dozaları azaldılsın və ya çoxaldılsın”.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bunu nəzərə alaraq, nəticələri Londonadakı həkimə təqdim etmək üçün avqustun əvvəlində Bakı İstintaq Təcridxanasının (Kürdəxanı) rəhbərliyinə, Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə və İnsan Hüquqları üzrə Ombudsmana Qubad İbadoğlunun təcridxanada aparılmış USM, EKQ, Rentgen müayinələrinin və qanın, sidiyin və qalxanabənzər vəzin hormonal analizlərinin nəticələrini əldə etmək üçün rəsmi müraciət ediblər:

“Təxminən 1 aydan sonra sorğumuza Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsinin rəisi Rəşad Hüseynov ümumi sözlərlə (qanda şəkərin miqdarı, arterial təzyiq bir qədər yüksəkdir və sair) cavab verib, müayinə və analiz nəticələrinin təqdim etmək məsələsinin üstünə də gəlməyib. Təsəvvür edin ki, “Məhkumun tibbi kitabçasından çıxarış” adlanan cavabda konkret bir tibbi göstərici belə yoxdur.

Digər bir məsələ. Məktubun sonunda, imzadan aşağıda 09.08.2023 tarixi qoyulub. Bu həpəndlər bilmirlər ki, onların bu yalanını məktubun poçta qəbulu zamanı konvertin üzərinə möhürlə vurulmuş həqiq tarix (24.08.2023) faş edir. Poçt məktubu 24 avqustda qəbul edib, 28 avqustda isə bizə çatdırıb”.

Q.Toğrul, həmçinin sosial şəbəkə vasitəsilə Ombudsman Səbinə Əliyevaya, Penitensiar Xidmətin rəhbərliyinə və ədliyyə nazirinə müraciət edib:

“Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq ya qardaşımın müayinə və analiz nəticələrinin bizə təqdim olunmasını təmin edin, ya da imkan yaradın, öz hesabımıza qardaşımı həkim müayinəsindən keçirək!”

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Xəbər 1383 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +