İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


08.03.2025  13:24 

Sədrin işdən azad etdiyi Fərid Hüseynov yenidən iş başında...





A+  A-

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin işdən azad etdiyi Fərid Hüseynov bu qurumun nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayev tərəfindən yenidən işə götürülüb.

Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Ramin Abdullayevin “sağ əli” olan və Tikintiyə nəzarət şöbəsinin rəisi olan Fərid Hüseynov işdə yol verdiyi kobud nöqsanlara görə bir müdət bundan öncə Anar Quliyev tərəfindən işdən azad edilmişdi. Məlumat üçün qeyd edək ki, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin girişində Ulu öndərin guşəsinə hörmətsizlik edərək rüşvət qarşılığında qanunsuz tikinti buraxan şəxs də Ramin Abdullayevin qara kassası Fərid Hüseynov olub.

Ramin Abdullayevdən Anar Quliyevi heçə sayan addım…

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tərəfindən qovulan şəxsin Anar Quliyevə tabeçiliyi olan Ramin Abdullayev tərəfindən işə götürülməsi sonuncunun öz rəhbərinin qərarını heçə saydığını göstərir. Bu fakt onu deməyə əsas verir ki, Ramin Abdullayev çalışdığı qurumun daxilində öz imperiyasını yaradıb və onu istədiyi şəkildə idarə edir. Fərid Hseynovu yenidən işə götürməsində səbəb isə sözügedən şəxsin Ramin Abdullayevin “qara işlərində” xüsusi fəallıq göstərməsi, “qara kassa” kimi öz fəaliyyətini ideal səviyyədə qurmasıdır.



Eldar Əzizov və Kamil Məmmədov Fərid Hüseynovun himayədarı qismində

Mənbənin bildirdiyinə görə, Fərid Hüseynovun yenidən qayıdışı Ramin Abdullayev və onun Bakı Şəhər İcra Hakimiyyətindəki əlaqələri ilə bağlıdır. Belə ki, Ramin Abdullayev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, xüsusilə də başçının müşaviri Kamil Məmmədovla olan əlaqələrindən istifadə edərək Fərid Hüseynovun yenidən işə qəbulunu təmin edib. Xüsusilə Kamil Məmmədov bu məsələdə Ramin Abdullayevə ciddi dəstək verib.

Xatırladaq ki, həm Ramin Abdullayev, həm də Fərid Hüseynovun adı Gəncə, Abşeron, Qarabağ və digər bölgələrlə bağlı çoxsaylı korrupsiya əməllərində hallanır. Bu isə hər iki şəxslə bağlı hüquqi araşdırmanın aparılmasını vacib edir. Ümid edirik ki, əlaqədar qurumlar adları daim rüşvət və korrupsiya ilə gündəmə gələn Ramin Abdullayev və Fərid Hüseynovla bağlı rəsmi araşdırmaya start verəcək, məlum araşdırma çərçivəsində bu şxəslərin qara əməllərində yer alan digər şəxslər də aşkar edilərək məsuliyyətə cəlb olunacaq./Yenixeber.org




Xəbər 2019 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +