İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


05.03.2024  15:07 

Jurnalistin evini sökən sabiq deputatın şirkəti olub





A+  A-

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında tikinti şirkətlərinin özbaşınalığından, onların qanunsuz olaraq söküntü işləri aparması, əmlak sahiblərinin hüquqlarını kobud şəkildə pozması ilə bağlı kəskin fikirlər səsləndirib.

Xəzərnews.az xəbər verir ki, o, misal olaraq öz müavini, tanınmış jurnalist Elçin Mirzəbəylinin tikinti şirkətlərinin özbaşınalığından ziyan çəkdiyini bildirib.

“Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, icazə almadan tikintiyə, söküntüyə başlayırlar. Onları dayandıracaq qurum da yoxdur.

Belə tikinti şirkətlərinin rəhbərlərinin gözlərini pul elə tutub ki, Allahdan belə qorxmurlar. Anlamırlar ki, Allah bir gün onlara qan qusduracaq. Müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödəmədən söküblər. Mən bilirəm ki, bu, Ombudsmanın gücü çatacaq məsələ deyil, amma soruşmaq istəyirəm, siz nə təklif edirsiniz? Milli Məclisin məsuliyyəti nə qədərdir?

Biz nə edək ki, bu vəziyyəti dəyişək?”

Bakupost.az -ın əldə etdiyi məlumata görə, Elçin Mirzəbəylinin ailə üzvlərinin evlərini sökən tikinti şirkəti “PİLOT-16”dır.

Qanunsuz söküntü məsələlərilə dəfələrlə gündəmə gələn bu tikinti şirkəti keçmiş deputat Əsabil Qasımova məxsusdur.

Məlumata görə Elçin Mirzəbəylinin məsələsinə görə Q.Həsənquliyev keçmiş həmkarı ilə bir neçə dəfə danışsa da, nəticə əldə olunmayıb. Ona görə də partiya sədri bu gün ad çəkmədən bu problemi Milli Məclisdə qaldırıb.

Xəbər 9850 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +