“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir


05.10.2017  20:31 

Dağıstanın yeni rəhbərindən Azərbaycana təxribat gözlənilir?..





A+  A-

Məlumdur ki, Vladimir Putin “Vahid Rusiya” partiyasının Dumadakı fraksiya rəhbəri, polis general-polkovniki Vladimir Vasilyevi Dağıstanın müvəqqəti rəhbəri təyin edib. Bununla əlaqəli cəmiyyətdə müxtəlif fikirlər formalaşıb. Belə ki, əksəriyyət V.Vasilyevin Azərbaycana münasibəti ilə bağlı mənfi düşüncədədir. Bildirilir ki, onun Dağıstana rəhbər təyin edilməsi azərbaycanlıların vəziyyətini pisləşdirə bilər.
Səsləndirilən fikirlərdə reallıq payı varmı?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə Modern.az-a açıqlama verib:

“Vladimir Vasilyevi ancaq mətbuat səhifələrindən tanıyıram. Lakin səsləndirilən fikirlərlə razı deyiləm. Əvvəla, Azərbaycanla Rusiya arasında çox sıx dostluq münasibətləri var. Belə olan halda Azərbaycanın Rusiyanın hansısa bir bölgəsi ilə münasibətlərinin pisləşməsi mümkün deyil. Digər tərəfdən, Azərbaycanla Dağıstan eyni bölgədə yerləşir və bir çox cəhətdən bu iki bölgənin əhalisinin tarixi, mədəniyyəti, həyata baxışları oxşardır. Eyni zamanda iki tərəfin də nəsilbənəsil davam edən dostluq əlaqələri var. Hesab edirəm ki, Dağıstana gələn hər yeni rəhbərin qarşısına qoyulan ən cacib məsələlərdən biri məhz Azərbaycanla olan dostluq münasibətlərini daha da möhkəmləndirməkdən ibarətdir”.

A.Mirzəzadə qeyd edib ki, V.Vasilyev rəhbər olduğu halda Azərbaycanla yaxşı münasibətlər quracaq:

“Azərbaycan həmin bölgə üçün yaxşı investordur və bölgənin təhlükəsizliyinin təmin edilməsində ona yardımçı ola bilər. Həmçinin, Azərbaycanda stabilliyin, təhlükəsizliyin təmin edilməsi ilə bağlı təcrübəsi Dağıstan üçün də yaxşı mənada istifadə edilə bilər. Nəzərə alsaq ki, Vladimir Vasilyev hakim “Vahid Rusiya” partiyasının rəhbərlərindən biridir, o, prioritet sahələrdən biri kimi eyni zamanda Azərbaycanla əlaqələrə də böyük diqqət edəcək. Vasilyev gələcəkdə rəhbər seçilərsə, Azərbaycanla yaxşı münasibətlər quracağını və bu əlaqələrin möhkəmlənməsinə əhəmiyyət verəcəyini də düşünürəm”.

Qeyd edək ki, Vladimir Vasilyev 1948-ci ildən bəri Dağıstana rəhbərlik edəcək ilk qeyri-dağıstanlı şəxs olacaq.


Xəbər 1893 dəfə oxunub.




02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +