Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


28.04.2023  13:12 

ABP aprel işğalının ildönümündə toplandı - Fotolar





A+  A-

Azərbaycan Bütövlük Platformasının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun ildönümü ilə bağlı "Cümhuriyyətin süqutundan çıxan dərslər: rus işğalından bütövlüyə doğru" mövzusunda Dəyirmi masa keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl bu günün tarixdəki yeri və öyrənilməsinin əhəmiyyəti haqda qısa giriş çıxışı edib.

Tarixçi professor Nəsib Nəsibli geniş məruzə ilə çıxış edərək aprel faciəsinin mahiyyəti və səbəbləri haqda danışıb. Rus imperializminin Azərbaycana vurduğu zərbələrdən danışan məruzəçi bütün bu proseslərdən dərs götürməyin vacibliyini qeyd edib.

AMEA-nın şöbə müdiri, tarixçi alim, professor Kamran İsmayılov məruzəsində o dövrün tarixi sənədlərində əks olunmuş faktlara toxunub. Kamran İsmayılov arxiv sənədlərinin o dövr və xüsusilə də aprel işğalı haqda tam bilgi yaratması üçün əvəzsiz qaynaq olduğunu bildirib.

Məruzəçilərdən sonra çıxış edən AXP sədri Pənah Hüseyn tarixi olaylardan bu günə görə dərs çıxarmağın vacibliyini bildirib. O, qeyd edib ki, hazırkı geopolitik durum Azərbaycanın öz maraqlarını təmin etməyi zəruri edir.

Dünyanın yenidən bölüşdürüldüyünə diqqət çəkən P.Hüseyn bölüşdürülənlərdən olmamamız üçün çox güclü olmamızın vacibliyindən danışıb.

Daha sonra hüquq elmlər doktoru İbrahim Xəlil Balayoğulları cümhuriyyətin uzunömürlü olmamasında öz subyektiv fikirlərini söyləyib və bu aspektdə ciddi müzakirə gedib.

ADR Ali Məclisinin üzvü, tarixçi araşdırmaçı Nəcəfəli Cahangirli cümhuriyyətin süqutunu o dövrün beynəlxalq şərtləri ilə əlaqələndirib.

Milli Azadlıq Hərəkatının öncüllərindən Siyavuş Mustafaev, ABP İH-nin üzvü "Qafqazmedia"nın baş redaktoru Kamran Güllər və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbirin sonunda məruzəçilər və iştirakçılar Dəyirmi masanın önəmini qeyd edərək, ABP- nin bu cür tədirləri daha sıx-sıx keçirməsinin vacibliyini vurğulayıblar.













Xəbər 991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +