Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


27.08.2019  15:41 

“Binə” və “Sədərək”də ticarət niyə “ölür”... - SƏBƏBLƏR





A+  A-

Bakının ən böyük ticarət mərkəzləri olan “Binə” və “Sədərək”də alıcılıq qabiliyyəti son zamanlar xeyli aşağı düşüb. Belə ki, əvvəllər insanların alış-veriş üçün kütləvi şəkildə axın etdiyi bu məkanları artıq şəhərdəki mağazalar əvəzləyir.
Bəs marağın belə azalmasına və şəhərdəki mağazaların rəqabətdə önə keçməsinə səbəb nədir?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a danışıb.

Natiq Cəfərli deyir ki, şəhərdə olan mağazalarla “Sədərək”, “Binə” qiymətləri arasında son vaxtlar xeyli azalma var.

“3-4 il əvvələdək “Sədərək”, “Binə” kimi ticarət mərkəzləri ilə şəhərdəki mağazalar arasında 30-40 faiz qiymət fərqi var idisə, indi bu rəqəmlər 5-10 faizədək düşüb. İnsanlar da elə böyük ticarət mərkəzlərindəki xaotik məqamları nəzərə alaraq, şəhərə üstünlük verirlər. Belə ki, “Binə” və ya “Sədərək”də avtomobili saxlamaq üçün xeyli əziyyət çəkməli olursan. Üstəlik mağazalar həddən artıq isti, həm də sıx-sıx yerləşib. Bəzən araba daşıyan insanlar normal gəzməyə imkan vermir, problem yaradırlar. Buna görə də əhali çox vaxt 5-10 faiz itkini gözə alıb, “Sədərək” və ya “Binə”yə gedərək, bu qədər əziyyətə qatlanmaqdan imtina edir”.

Ekspertin sözlərinə görə, son zamanlarda insanlarda belə bir fikir formalaşıb ki, “Sədərək” və “Binə”dəki mallar şəhərdəkinə nisbətdə daha keyfiyyətsizdir.

“Keyfiyyətli məhsulun şəhərdə olduğunu düşünən insanlar aradakı qiymət fərqinə əhəmiyyət vermədən “Binə” və “Sədərək”ə getmirlər. Lakin şəhərdə satılan malların çoxu elə topdansatış şəklində “Sədərək” və “Binə”dən gətirilir. Onu da deyim ki, axır vaxtlar alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə, şəhərdəki bəzi mağazalarda kampaniyalar təşkil olunur ki, bu da insanları daha çox cəlb edir”.

Xəbər 2418 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +