Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


09.06.2019  17:41 

“Burada bəzi azərbaycanlıların da rolu var” - Abbasovun atası





A+  A-

"Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı məsələ ermənipərəstlərin hiyləsidir. Burada bəzi azərbaycanlıların da rolu var".
XəzərNews.az-ın "Report"a istinadən xəbərinə görə, bunu Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyada bəzi Azərbaycan diaspor rəhbərləri Azərbaycan xalqı üçün müsbət addım atmayıb:

"Fikir vardı ki, Rusiyada yaşayan azərbaycanlılara lider seçilsin. Burada namizədliyi təklif olunanlar arasında Fuad Abbasovun da adı vardı. Çünki Fuadın Rusiyada yaşayan azərbaycanlılar arasında hörməti böyükdür. Amma Fuad demişdi ki, Rusiya vətəndaşı deyil, ona görə də bu, mümkün olmaz. Buna baxmayaraq, bəzi diaspor liderləri Fuada qarşı təxribat hazırladılar, nəticə də belə oldu. Əminəm ki, bunu Fuada qarşı hazırlayanlar Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqovadır".

M.Abbasov qeyd edib ki, həm ölkə daxilində, həm də ölkə xaricində azərbaycanlıların təhlükəsizliyinin təminatıçısı Azərbaycan hökumətidir:

"Azərbaycan hökumətinə müraciət edirəm, Fuad Abbasovu müdafiə etsinlər! Bu müdafiə dövlət tərəfindən olmalıdır. Fuad Abbasov ya sərbəst buraxılmalı, ya da Azərbaycana göndərilməlidir. Ehtimal edirik ki, o, şərlənə bilər. Buna görə də məsələ tezliklə həll edilməlidir".

Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximski şəhər məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Moskva vilayət məhkəməsi də F.Abbasovun apellyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb.

Xəbər 1524 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +