Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


06.03.2023  09:39 

“Day-dayım” olmadan hökumətdən ədalət istəyirəm”





A+  A-

“Sağam. Danışıram, yaşamağa, həyata adaptə olmağa çalışıram, ətrafımda məni sevənləri də buna inandırmağa çalışıram, amma real olaraq necə davam edəcəyimə qərar verə bilmirəm. Davam etməliyəmmi, ona da. Boşluqdayam”.

XəzərNews.az xəbər verir ki, bu sözləri intihara cəhd edən jurnalist Aygün Əliyeva vəziyyəti ilə bağlı açıqlamasında deyib.

O, bildirib ki, fiziki olaraq nəfəs almaq problemi var:

“Yatmıram, sağ qolum tutulur, hamısı stress və əsəbdəndir, həkim belə deyir.
29 martda üçüncü dəfə Bakı Apelyasiya Məhkəməsində məhkəməmiz olacaq.
16 iyul 2021-ci ildə həmin məhkəmədə hakimin tez-tələsik və bizim ağzımızı yumaraq çıxardığı (Aslan Aslanovun şəxsi xahişi əsasında) əleyhimə qərar Ali Məhkəmədən geri qayıtdı. 2022-ci il oktyabrın 19-da əsaslı araşdırmadan sonra bu dəfə lehimə qərar çıxarıldı. Aslan Aslanov işdən azad olunduğu günə 2 gün qalmış qərarı şikayət etdi və Azərbaycan Respublikasının Ali Məhkəməsi bu dəfə də şəxsi xahişlə və absurd bir qərarla lehimə olan bu qətnaməni də ləğv etdi.

Nəhayət, 29 martda üçüncü dəfə üz-üzə gələcəyik.

Bu qədər uzun çəkən böyük miras davası, çəkişməli boşanma olar, lakin adi əmək mübahisəsi olmaz, amma yaşayırıq.

Haqsız hakimlər məni ölümə göndərdi, həkimlər xilas etdi.

Mən sadəcə ədalət istəyirəm. Heç bir məmur dayağım olmadan, heç bir “day-dayım” olmadan hökumətimdən ədalət istəyirəm. “Onsuz da bu ölkədə ədalətli məhkəmə yoxdur” deyilənlərə rəğmən mən məhz öz ölkəmin ali ədalətini istəyirəm. Mən həyatıma ağ səhifədən başlamaq istəyirəm. Bu, ianə deyil, hədiyyə deyil, bu, haqqımdır.
Çoxdur bu? Yaşamaq üçün çoxdur?”.

Xəbər 1315 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +