Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


20.02.2025  12:48 

Axundov kitabxanasında xaos?





A+  A-

Axundov adına Milli kitabxananın əməkdaşlarından redaksiyamıza şikayət daxil olub. Şikayət edən əməkdaşlar bildirirlər ki, kitabxana rəhbərliyi Kərim Tahirov və müavini Ədibə İsmayılova iclas zamanı işçiləri təhqir edir, əlavə işlə yükləyirlər.

Onlar qeyd edir ki, kitabxanada ali təhsilli ixtisaslı kadrlar fəhlə əvəzi işlədilir, kitab daşıdılır, normadan artıq işlədilirlər.

Onu da qeyd edək ki, bu barədə sosial şəbəkədə bir neçə böyük səhifə tərəfindən oxşar şikayət məktubları paylaşılıb.

Məlumat üçün bildirək ki, Kərim Tahirov 20 ildir kitabxananın direktorudur.

Ədibə İsmayılova: Milli Kitabxana 100 illik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədgahına çevrilib - müsahibə | Azərbaycan Milli Kitabxanası

XəzərNews.az xəbər verir ki, Musavat.com-un əməkdaşı şikayətlə bağlı mövqe almaq üçün adı hallanan Ədibə İsmayılova ilə əlaqə saxlayıb.

O, yayılan məlumatları təkzib edib. Ə.İsmayılova bildirib ki, onlarda elə iclas olmayıb:

“Bəlkə kimsə qərəzli yazıb. Bu barədə direktora da məlumat verəcəyəm. Ola bilsin ki, kimsə qəsdən belə bir iş tutub. Biz kimi fəhlə kimi işlədirik ki? Burada hamı ali təhsilli kitabxanaçılardır, kabinetində oturub işlərini görürlər. Hesab edirəm ki, şikayətlər anonim olduğuna görə qərəzlidir”.

Xəbər 1182 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +