16.03.2018 20:31
AMEA-da işçilər nə qədər maaş alır? - SİYAHI
Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları ilə bağlı yeni cədvəli təsdiqləyib.
Baş nazir Artur Rasizadənin imzaladığı qərarla dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-19- cu əlavələrinə əsasən, müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödəniləcək.
XəzərNews.az AMEA işçilərinin maaşını təqdim edir:
AMEA-nın prezidenti 1837 manat
AMEA-nın 1-ci vitse-prezidenti 1276 manat
AMEA-nın vitse-prezidenti, akademik katibi 1177 manat
AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik – katibi 880 manat
İdarə rəisi 853 manat
AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini 825 manat
İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi 704 manat
Qeyri-əsas şöbənin rəisi 517 manat
Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi 484 manat
Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri 451 manat
Aparıcı mütəxəssis 407 manat
Mütəxəssis 374 manat
Arxiv müdiri, təsərrüfat müdiri 275 manat
Böyük arxivçi, böyük inspektor, sürücü 193 manat
Arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektor 180 manat
Texnik, komendant, laborant 170 manat
Bağban, gözətçi, dülgər, rəngsaz, təmirçiçilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət 165 manat
Xəbər 1721 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|