Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi


24.07.2017  20:43 

Füzulidə mina tapıldı





A+  A-

Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndi ərazisində keçirilmiş əməliyyat barədə operativ məlumat yayıb.
XəzərNews.az ANAMA-ya istinadən xəbər verir ki, iyulun 24-də saat 16:28-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində minanın aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən su nasos stansiyasının yaxınlığına baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, daşınması mümkün olduğuna görə ANAMA-nın Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 500 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar olunmayıb.

Xəbər 1174 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +