Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi


19.07.2017  15:02 

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? - II və III qrup üçün





A+  A-

Dövlət İmtahan Mərkəzi DİM II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.
XəzərNews.az-ın məlumatına görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
“Nəzərinizə çatdırırıq ki, I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar ali təhsil müəssisələrinə iyulun 22-də keçiriləcək qəbul imtahanın nəticələri elan edildikdən sonra çap ediləcək”,- DİM bildirib.

Kitabçaları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

- Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
- Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Xəbər 1738 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +