Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb


01.04.2025  17:14 

Həcc ziyarəti üçün Azərbaycana nə qədər yer verilib?





A+  A-

Bu il Azərbaycandan Həcc ziyarətinə ayrılan kvotanın 90 faizi üçün artıq sənədlər təqdim edilib.

XəzərNews.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemin rəhbəri Vüsal Cahangirli deyib.

O bildirib ki, bu il kvota təxminən 1200-1300 arası nəzərdə tutulub: “Artıq 90 faiz yerlər üçün müraciət olunub, 10 faiz yerlər qalıb. Sənəd qəbulunun vaxtı bayram günlərinə görə uzadılıb. Vətəndaşlardan xahiş olunur ki, tələssinlər, yerlər məhduddur. Həccə getmək niyyəti olanlar gec qalmasınlar, yerlər dolmadan öncə müraciət etsinlər”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları (10 115 AZN) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Həcc ziyarətinə gedişlərin 25-30 may tarixlərində baş tutması nəzərdə tutulur.
Geri dönüşün isə iyun ayının 16-dan 21-ə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər 893 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +