FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..





A+  A-

Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində saxlanılan 1992-ci il təvəllüdlü Azər İbrahimli barədə Sədərək rayon məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə Sədərək rayon Sədərək kəndində baş verib. Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırmalardan sonra Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı Sədərək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub.

Xəbər 2059 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +