“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


17.10.2017  11:46 

Bakı məktəbində qanlı dava





A+  A-

Dünən Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq məlum deyil.

Bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Hadisənin baş verdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbin direktoru Camal Əlirzayev bildirib ki, hadisə saat 13:20 radələrində dərs prosesi başa çatandan sonra baş verib: "Dərslər saat 13-də bitir. Bu uşaqlar da əvvəlcədən aralarında olan mübahisəni davam etdirmək üçün məktəbin ətrafında görüşüblər. 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev məktəblilərdən birini döyüb. Həmin şagird də 8-ci sinifdə oxuyan dostu, Rahib Babayevi çağırıb. Dava-dalaş zamanı Samir Rahibi bıçaqlayıb".

Məktəb direktoru bildirib ki, bıçaqlanma hadisəsindən sonra şagirdlərdən biri aptekə gedərək oradan dərman almaq istəyib: "Bizə aptekdən zəng etdilər ki, şagirdlərdən biri dərman almaq istəyib. Dərhal maraqlandıq və təcili tibbi yardıma müraciət etdik. Mənim təlim-tərbiyə üzrə müavinimin müşayəti ilə Rahib xəstəxanaya çatdırıldı".

İlkin araşdırmalar zamanı məlum olub ki, şagirdlər arasında qanlı davaya səbəb olan mübahisə onlardan birinin məktəbin bufetində qızlara yol verməməsi olub. Samir Fətullayev bunu həmin şagirdə irad tutub və mübahisə böyüyüb. Daha sonra mübahisəyə qoşulan Rahib isə Samir tərəfindən bıçaqlanıb.

Xəbər 1715 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +