Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


06.11.2022  12:00 

“Əli İnsanova “pul kisəsi” kimi baxırdılar...”





A+  A-

“Köhnə müxalifət Əli İnsanova “pul kisəsi” kimi baxırdılar, özlərinin “ağsaqqalı” elan etdilər, masanın başında otuzdurdular, bu “birlik” də əvvəlki 30 ildə qurulan “birliklər” kimi ideologiya, plan-proqram ətrafında birlik deyildi, həmişə olduğu kimi şəxslərin öz cılız məqsədləri üçün birlik qurmaq cəhdi, situativ davranış idi”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə REAL Partiyasının funkusioneri Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, dəfələrlə “HƏP”-dən təkliflər, israrlı görüş çağırışları gəlsə də yeganə məhz REAL Partiyası görüşlərdən, müzakirələrdən imtina etdi – çünki, 30 illik müxalifətin də, bu bacarıqsız iqtidarın da davranış qaydalarını öyrənmişik:

“Əslində iqtidarla danışmaq daha rahatdır, çünki görüşlərdə müzakirə olunan məsələlər açıqdır, publikdir və hökumətin addımlarının məğzini bilib ona görə davranırıq. İnsanov sabiq müxalifətdən daha ağıllı və təcrübəlidir, pulunun ucunu göstərdi, amma vermədi, əvəzində köhnələrin “ağsaqqalı” kimi hakimiyyətlə danışıb istədiklərini aldı. İllərdir bəzi kəsmlər bizi, REAL-ı təkəbbürlü olmaqda, heç kimi bəyənməməkdə, heç kimlə ittifaq qurmamaqda, birliklərdə yer almamaqda günahlandırırdılar – Vallahi bu təkəbbürdən deyil də, təcrübədən doğan məsələdir, sadəcə sistemin hər iki üzünü təmsil edən eskilərə yaxşı bələdik...”

Xəbər 1053 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +