“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


18.07.2018  10:18 

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib





A+  A-

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Nazirliyin məsul şəxsləri, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıqçılıqla məşğul olan fermerlər və mütəxəssislər iştirak ediblər.

Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri müzakirə olunub.

Müşavirədə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, ölkə başçısının yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Alı Alıyev qeyd edib ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir. Alı Alıyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda 2018-ci ildə 2100 ha ərazidə pambıq əkildiyini bildirib. Qeyd edib ki, pambıq əkilmiş sahələrin 1412 hektarı Füzuli Kənd Təsərrüfatı MMC ilə, 590 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında, 14 nəfər istehsalçı isə 97,3 hektar fərdi qaydada pambıq əkiblər.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edib. Pambığın strateji məhsul olduğunu diqqətə çatdıran nazir müavini Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən danışıb, həmin vəzifələrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edib.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçililiyin təşkili və mönitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi” mövzusunda çıxış edib. O, Azərbaycanda becərilən pambıq sortları, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası, seyrəltmə, kultivasiya barədə məlumatlar verib. Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov pambıq zərərvericilərinə və xəstəliklərinə qarşı davamlı mübarizədən bəhs edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müşavirədə aidiyyəti qrumların nümayəndələri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışdılar, pambıqçılığın inkişafı, mövcud problemlər, onların aradan qaldırılması yollarını müzakirə ediblər.


Xəbər 1920 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +