İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


06.10.2021  11:10 

Dünənki aksiyada jurnalistlər döyülüb? - Açıqlama





A+  A-

Xəbər verdiyimiz kimi, dünən bir qrup şəxs Penitensiar Xidmətin Müalicə müəssisəsinin qarşısına toplaşaraq AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun həbsi ilə bağlı aksiya keçirməyə cəhd edib. Aksiyada iştirak edən şəxslər və mitinqi yayımlayan jurnalistlər polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqlarını iddia edirlər.

Jurnalist Aysel Umudova sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, paytaxtın Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları eynəyini sındırıblar. Onun sözlərinə görə, jurnalistləri polis maşınına sürüyərək atıblar: "Əməkdaşlarınıza iş başında olduğumu bildirsəm də, məhəl qoymadılar. Telefonumu əlimdən aldılar və içinə girməklə hədələdilər".

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, aksiyada iştirak edənlərə qarşı fiziki təzyiq göstərilməsi, onlara xəsarət yetirilməsi iddiaları əsassızdır: “Orada toplaşan 4-5 nəfər ərazidən uzaqlaşdırılıb. Bu zaman xəsarət alan, saxlanılan, fiziki təzyiqə məruz qalan heç kəs olmayıb. Polis əməkdaşlarının oradakı xidməti fəaliyyəti tam qanunlara uyğun olub. Heç kimə xəsarət yetirilməyib, hər hansı bir insident baş verməyib“.



Hüquqşünas Ələsgər Məmmədli də məsələyə reaksiya verərək bildirib ki, peşə fəaliyyətini icra edən jurnalistlərə qarşı qanunsuz hərəkət edən, onların ictimai açıq məkanda informasiya toplamasına qəsdən, zor tətbiq edərək mane olan polis əməkdaşları cinayət məsuliyyəti daşıyır: “Prokurorluq orqanları bu fakt üzrə cinayət işi başlama öhdəliyi daşıyır. Ombudsman bu məsələyə etiraz etməli və DİN-dən izahat tələb etməlidir. Mətbuat Şurası bu məsələni qınamalı və DİN-dən zəruri tədbir görməsini tələb etməlidir. İnformasiya toplayan jurnalisti əşya kimi avtobusa atıb, gözlüyünü qırmaq, vasitələrini əlindən almaq, asfalta çırpmaq, həbs etmək hərəkətə keçmək üçün yetərli deyilsə, özlərini ləğv edib, getməlidirlər”.

Ə.Məmmədli qeyd edib ki, kütləvi tədbirləri ictimailəşdirən jurnalistlər fərqlənmək üçün“press” gödəkçə geyinsələr yaxşı olar: “Bu, qanunun tələbi deyil, sadəcə, praktik bir şeydir. Ola bilər iştirakçı ilə jurnalisti ayırd etmək çətin olar. Amma şəxs jurnalist vəsiqəsini təqdim etdikdən sonra təzyiqə məruz qalırsa, bunun qəsdən edildiyini demək olar”.

Xəbər 4994 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +