Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


05.08.2025  19:36 

Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...





A+  A-

Özbəkistan Respublikasının Nukus şəhərinin sakini keçmiş həyat yoldaşına övladının alimenti üçün əvvəlcədən 180 min dollar (təxminən 306 min manat) ödəyib.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu yanında Məcburi İcra Bürosunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu, respublikada aliment ödənişləri üzrə rekorda çevrilib. Mətbuat xidməti bildirib ki, məhkəmədə kişi bütün məbləği əvvəlcədən ödəmək istəyib.

“Respublika Nazirlər Kabinetinin qərarına əsasən, onun növbəti 13 (on üç) il ərzində ödəməli olduğu aliment hesablanıb və bu məbləğ 2,27 (yerli valyuta ilə) milyard manat təşkil edib”, - məlumatda deyilir.

Respublikada aliment ödəməkdən yayınma 15 sutkalıq inzibati həbs və ya 20 baza hesablanma vahidi (təxminən 650 ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırılır. Alimentdən qəsdən və davamlı yayınan şəxslər üçün isə cəza 3 ilədək azadlıqdan məhrumetmə ola bilər.

Həmçinin, 2009-cu ildən etibarən alimentin ödənilməsini təmin etmək üçün tədbirlərdən biri kimi ölkədən müvəqqəti çıxış qadağası da tətbiq olunur.

Xəbər 528 dəfə oxunub.



12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +