Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.07.2022  20:11 

Növbəti rəqib “Ferentsvatoş”... - Çox təhlükəlidir





A+  A-

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında 4 oyuna 10 qol vurub. Orta hesabla hər matça 2,5 qol. Özü də Polşa və İsveçrə çempionlarına.

Ötən həftə 3 klubumuz isə Konfrans Liqasında 3 oyuna cəmi 1 qol vurub.

Daha bir maraqlı statistika. “Qarabağ” təsnifat mərhələsində ən çox künc zərbəsi vuran komandadır (30 dəfə). Bu iki detal Qurban Qurbanovun müdafiə deyil, hücum futboluna üstünlük verdiyininin növbəti təsdiqidir.

Bununla belə, komandaya mütləq əlavə bir hücumçu lazımdır. Və tək hücumçu da deyil.

“Qarabağ” 4 oyuna 10 qol vurubsa, 6 dəfə də qol buraxıb. Düzdür, rəqiblər çox güclü olub, amma 6 qol ciddi həyəcan siqnalı olmalıdır. Müdafiə xəttində biz uşaq səhvlərinə rast gəlirik. Mərkəz müdafiəçisi Maksimin səhvləri getdikcə çoxalır. Sol cinahda oynayan gənc Elvin Cəfərquliyev və Toral Bayramov yaxşı perspektivli oyunçular olsa da, belə böyük turnirlər üçün tam hazır deyillər. Təcrübə və psixoloji sarıdan axsayırlar.

Komandaya əlavə mərkəz və ya sol cinah müdafiəçisinin transferi artıq zərurətə çevrilib.

“Qarabağ” ən pis halda Konfrans Liqasının qrupunu artıq təmin edib. Amma komandanın Avroliqanın, hətta ikinci dəfə Çempionlar Liqasının qrupuna düşmək şansı da az deyil. Bunun üçün ən azı tezliklə bir müdafiəçi alınmalıdır.

Növbəti rəqib Macarıstan “Ferentsvatoş”u cox təhlükəli rəqibdir. Dünən Slovakiya çempionu ilə səfər matçında vurduğu 4 qolla mərhələ adlaması ciddi göstəricidir. Ümumiyyətlə, bu mövsüm “Qarabağ”a ilkin mərhələdən başllayaraq ağır rəqiblər düşür. Deməli, bir daha qeyd edək, tezliklə yeni transferlər olmalıdır. Yoxsa, bu gün uğura aldansaq, sabah ağır məğlubiyyətlər gələ bilər.

Aydın Bağırov

Xəbər 1912 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +