Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


29.03.2025  17:22 

Alatavada evi uçuran sürücü də həbs edildi





A+  A-

“Melissa Group” tikinti şirkətində ekskavator sürücüsü işləyən Eynullayev Qala Seymur oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

XəzərNews.az xəbər verir ki, martın 29-də Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, "Melissa Group"un sürücü Q.Eynullayev barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham olunur.

Maddəyə əsasən, əməl yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda bunu edən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Q.Eynullayev Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində yerləşən evin bir hissəsinin dağıdılmasına görə cinayət məsuliyyətinə cəlb olunub.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsində “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsində də 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xəbər 2693 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +