Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


12.05.2022  14:00 

Sabiq nazirin övladlarının əmlak davası - Məhkəmə





A+  A-

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun Səbail rayonunda evi hərraca çıxarılıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, evin hərraca çıxarılmasına səbəb ata evinin Həmidovun övladları – Həmidov Nofəl və Məcidzadə Məcid arasında bölünə bilməməsi olub.

Belə ki, böyük qardaş Məcidzadə Məcid ata mülkündən öz qardaşı Nofələ pay vermədiyi üçün sonuncu tərəfindən məhkəməyə verilib.

İsgəndər Həmidovun kiçik oğlu mənzilin bölünməsi, bu mümkün olmadıqda payın əvəzinə kompensasiya ödənilməsi, daha sonra əmlakın açıq hərracdan satılması və payların münasib şəkildə bölüşdürülməsi ilə bağlı Bakı Şəhər Səbail rayon məhkəməsində iddia qaldırıb və iddia məhkəmə tərəfindən təmin edilib.

Həmçinin oxuyun: “Clear” hotelin sahibinə 2,3 milyon “atdılar”

Məhkəmə müəyyən edib ki, cavabdeh olan qardaş Məcid Məcidzadə həmin mənzildən özü istifadə edir, açarlar özündədir, Həmidov Nofələ həmin yaşayış sahəsi üzrə istifadə etməyə imkan vermir və çətinliklər yaradır. Həmçinin gələcəkdə payı üzərindən sərəncam vermək və sair hallarla bağlı çətinliklərin yaranacağı indidən bəllidir. Çünki, qardaşı ilə bağlı aralarında münasibətlər vərəsəliklə bağlı çox soyuqdur. Məcidzadə Məcid atasına məxsus olan, lakin atasının adından olmayan digər əmlakları, o cümlədən avtomobili (avtomobili sataraq dəyərini) müxtəlif üsullarla özgəninkiləşdirib. Bildirilir ki, Nofəl qardaşı Məcidlə razılıq əldə etməyə çalısa da, bu mümkün olmayıb. Nəticədə məhkəmə mənzilin hərrac yolu ilə satılmasına dair qərar verib.

Mərhum nazirin Bakı Şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində 5 saylı binada yerləşən, 22 saylı mənzilinin (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbayil rayonu, BMT-nin 50 illiyi küçəsi, 7M9,m1) ilkin satış qiyməti 350 000 AZN olaraq dəyərləndirilir. Hərrac mayın 25-də keçiriləcək.

Qeyd edək ki, İ. Həmidov 1992-93-cü illərdə Azərbaycanın daxili işlər naziri olub və 2020-ci ildə 71 yaşında vəfat edib.

Keçiriləcək hərracın detalları:





Xəbər 8152 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +