Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


11.01.2020  16:12 

“Bu faciənin şahidi olmamaq üçün ölmək istəyirdim” - SEPAH generalı





A+  A-

Tehranda hərbiçilər tərəfindən vurulan Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit hərbi birləşməsi öz üzərinə götürüb.
XəzərNews.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, korpusun aerokosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə təyyarə qəzası barədə öyrəndikdən sonra ölmək istədiyini deyib:

"Ukrayna təyyarəsinin qəzaya uğraması barədə eşidəndə bu faciənin şahidi olmamaq üçün ölmək istəyirdim. İranın hava hücumundan müdafiə sistemi təyyarəni kruiz raketi kimi qeydə alıb. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və hakimiyyətin qəbul etdiyi hər hansı bir əmrə əməl etməyə hazırıq".

İran Prezidenti Həsən Ruhani təyyarənin vurulması nəticəsində 167 sərnişin və 9 ekipaj üzvünün ölməsinə görə istintaqın davam edəcəyini və günahkarların cəzalandırılacağını vəd edib.

Xəbər 1650 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +