Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


10.01.2020  14:32 

Estoniya hərbçiləri İraqdan çıxarıldı





A+  A-

İraqda yerləşən Estoniya qoşunları bu ölkədən çıxarılaraq Küveytə yerləşdirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə müvafiq məlumat Estoniya Müdafiə Qüvvələrinin rəsmi saytında dərc edilib.

Məlumata görə, “Əl-Əsəd” aviabazasında təlimatçı işləyən altı əsgər və İraqdakı birgə əməliyyat qərargahının bir zabiti İraqı tərk edib. Onların Küveytdə nə qədər vaxt keçirəcəkləri dəqiqləşdirilməyib.

Bundan əvvəl, altı Latviya əsgərinin hamısı İraqı tərk etmişdi. Onlar da Küveytə köçürülüb. Latviya Müdafiə Nazirliyi bunu təhlükəsizlik tələbləri ilə izah edib.

Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasına qərar verib. Hazırda ABŞ, İngiltərə, Fransa, Almaniya və digər Avropa ölkələrinin hərbçiləri var. ABŞ bu qərardan məyus olduğunu bildirib.

Qoşunları geri çəkmək qərarı, yanvarın 3-də Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsi fonunda qəbul edilib. Onun qətlə yetirilməsi əmri ABŞ Prezidenti Donald Tramp tərəfindən şəxsən verilib. Rəsmi Vaşinqton Süleymaninin zərərsizləşdirilməsini özünümüdafiə kimi izah edib, çünki bundan əvvəl onun rəhbərliyi altında beynəlxalq koalisiya və Amerika səfirliyinə bir neçə hücum təşkil edilib. Tehran da öz növbəsində generalın qətlini terror aktı adlandıraraq qisas alacağını vəd edib.

Xəbər 1402 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +