Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


26.12.2023  12:02 

Siyasi partiyalar seçkilərdə kimi dəstəkləyəcək?





A+  A-

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Daha 8 nəfərin müraciətinə baxılacaq.

Bir çox partiyalar seçkilərlə bağlı mövqeyini açıqlayıb.

Azərbaycan Milli İstiqlal Partiyası – Namizəd irəli sürməyib, üzvləri müşahidəçi kimi iştirak edəcək

Ana Vətən Partiyası – Fəzail Ağamalının sədrlik etdiyi partiya seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyəcək.

Müsavat Partiyası – Seçkilərdə iştirak etməyəcək

Yeni Azərbaycan Partiyası – Prezident İlham Əliyein namizədliyi irəli sürülüb

Azərbaycan Ümid Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

Azərbaycan Demokratik Maarifçilik Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası - Seçkilərdə iştirak etməyəcək

Vəhdət Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn seçkilərdə namizəd irəli sürməyəcəklərini, üzvlərə kimi dəstəkləyəcəkləri barədə sərbəstlik verildiyini bildirib.

Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu da Modern.az–a açıqlamasında seçkilərdə namizəd irəli sürməyəcəklərini, üzvlərə kimi dəstəkləyəcəkləri barədə sərbəstlik verildiyini bildirib.

Müasir Müsavat Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

Böyük Quruluş Partiyası – Fazil Mustafanın namizədliyi irəli sürülüb

Demokratik İslahatlar Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyevin namizədliyi irəli sürülüb

Böyük Azərbaycan Partiyası – Elşad Musayevin namizədliyi irəli sürülüb

Klassik Xalq Cəbhəsi Partiyası - Seçkilərdə iştirak etməyəcək

Milli Dirçəliş Hərəkatı Partiyası – Seçkilərdə namizəd irəli sürməyəcək.

Milli Cəbhə Partiyası – Razi Nurullayevin namizədliyi irəli sürülüb.

Gələcək Azərbaycan Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

Haqq Ədalət Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

Azad Vətən Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

Ağ Partiya, Ədalət Partiyası, Azadlıq Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Zaman Partiyası, Respublikaçı Alternativ Partiyası seçkilərlə bağlı qərarlarını hələlik verməyiblər./Modern.az

Xəbər 1803 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +