Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


12.11.2023  04:44 

Türkiyə və Azərbaycan bu prosesdə eyni dərəcədə maraqlıdır -Oskanyan





A+  A-

Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Ermənistan daha da çətin vəziyyətə düşə bilər və Ermənistan dövlətinin nəfəs almasına imkan veriləcəyinə heç bir təminat yoxdur.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkə hesabındakı videomüraciətində deyib.

O iddia edib ki, sülh sazişi ilə bağlı danışıqları sırf Ermənistan-Azərbaycan deyil, daha çox Ermənistan-Türkiyə prosesi kimi qəbul edir:

“Son vaxtlar Türkiyə və Azərbaycan bu prosesdə eyni dərəcədə maraqlıdır. Və hər iki qonşu dövlətdə güclü inam var ki, ermənilər gec-tez revanşa cəhd edəcəklər. Türkiyə və Azərbaycan hesab edir ki, erməni xalqı bu iki dövlətin ərazilərini hələ də öz ata-babalarının tarixi torpaqları hesab edir. Bu, Ankara və Bakıdakı hakimiyyət orqanlarını inandırır ki, bir gün Ermənistan məğlubiyyətdən qurtulsa, onlar üçün təhlükə yaradacaq”.

Oskanyanın fikrincə, məhz buna görə Türkiyə və Azərbaycan sülh müqaviləsi ilə Ermənistanı maksimum sıxışdırmağa çalışacaq:

“İndiki hakimiyyətin çoxsaylı uğursuzluqlarını, onun günahı üzündən baş verən fəlakətləri nəzərə alsaq, ağrılı güzəştlər ssenarisini qətiyyən istisna etmək olmaz”./Axar.az


Xəbər 1825 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +