Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi


09.08.2022  23:05 

“İranın bu siyasəti nəticəsiz qalacaq“





A+  A-

"Azərbaycanla İran dost və qarşılıqlı etimada söykənən qonşu ola bilməzlər. İlk növbədə İranda sasanipars siyasəti ölkəmizin müstəqilliyini həzm etmir".

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Məhəmməd Əsədullazadə verib.

M.Əsədullazadə bildirib ki, İran sasanipars siyasətini dini - məzhəb pərdəsi altında aparır və region xalqlarını istismar etməyi planlaşdırır:

"Bu gün Tehrandan ölkəmizə davam edən həmlələr bu siyasətin davamıdır. Sonda bu siyasətləri nəticəsiz qalacaq.

Hazırda Azərbaycana qarşı Tehran xumeyniciliyin təbliği etməklə, dərin dövlət tərəfindən türk düşmənciliyi hibrid müstəvisində davam etdirir. Ölkəmizdə heç vaxt siyasi islam oturuşmuyub və xalq bunu qəbul etməyib. Azərbaycan xalqı sekulyar cəmiyyətdi və dini öz məişət, əxlaqi və mənəvi cəhətdən yaşadır. İslamı siyasiləşdirəndə xalq buna dəstək verməyəcək və çıxdaş edəcək.

Ümumiyyətlə, ölkəmizə ixrac edilən nurçuluq, İrandan xumeyniciliyi, Səudiyyə Ərəbistanından vəhhabiliy dayaniqli olmadı və xalq yad siyasi təriqətləri qəbul etmədi. Azərbaycan xalqı öz dini dəyərlərinə sadiq qalaraq öz etiqadına sadiq qaldı. Ölkəmizdə din və məzhəb müstəvisində sabitliyi pozmaq istəyənlər yenidən aktivləşib. Ermənistan üzərində qələbə, aparılan bu siyasət bir çox ölkələri narahat edir. Ölkəmiz Cənubi Qafqazda güclüdür və Ermənistan üzərində parlaq qələbə qazanmaqla, regionda yeni reallıqlar yaradır".

Xəbər 1943 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +