“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı


07.08.2021  12:27 

XI sinif şagirdi niyə vəfat etdi?





A+  A-

Ötən gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Xəyal Bağıyev qəfildən vəfat edib.
XəzərNews.az xəbər verir ki, bununla bağlı təhsil müəssisəsinin feysbuk səhifəsində paylaşım olunub. Şagirdin qəfil ölümü ciddi müzakirələrə səbəb olub. Yeniyetmənin qızdırmadan vəfat etdiyi deyilsə də, dəqiq ölüm səbəbi və xəstəliyi açıqlanmır.

Faktla bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan hazırda ölüm səbəbinin dəqiqləşdirildiyi bildirildi: “Yeniyetmənin əvvəldən dalağı çıxarılıb, qızdırması olub. Xəstəxanaya ağır vəziyyətdə gətirilib, iki gün idi ki, yüksək hərarəti var idi. Hələ ölüm səbəbi məlum deyil. Hazırda bununla bağlı araşdırma gedir və bu barədə məlumat veriləcək”.

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə də (TƏBİB) sorğu ünvanladıq. Qurumdan dəqiqləşdirmələrdən sonra cavab veriləcəyi bildirildi.

Qeyd edək ki, X. Bağıyevin valideynləri də həmin məktəbdə çalışırlar. Atası Vidadi Bağıyev məktəbin direktor müavini, anası Aynurə xanım isə müəllimdir. Təhsil müəssisəsi Xəyalın ölümü ilə bağlı yaydığı açıqlamada həmişə şagirdin uğurları ilə tanındığı qeyd edilib: "Bu gün bizimlə vidalaşmağını qeyd etmək çox ağırdır”.

Xəbər 2127 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +