Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq


04.04.2023  20:14 

İnam Kərimov Azərbaycanda müstəqil məhkəmə sistemi qura biləcəkmi?





A+  A-

Məşhur Sarbonna Universitetinin yerləşdiyi Fransa Respublikasında istənilən məhkəmə orqanı prezident Emmanuel Makrondan tutmuş sıra ilə ondan aşağı mərtəbələrə qədər bütün vəzifə, imtiyaz sahiblərinə qarşı qaldırılmış işləri uff demədən, çox rahat şəkildə, könül xoşluğuyla, hətta sevə-sevə icraata qəbul edə, prosesi hökmə qədər götürə bilir.

Hünəri var kimsə gözün üstə qaşın var desin.

Yəni, məhkəmə sistemi tam müstəqildir, hər hansı icra orqanından əmr və tapşırıq almır, göstərişlə işləmir, hakim sinfin istəkləri, kefi, nazı ilə oynamır və orada, ümumiyyətlə, bizdəki kimi "münasibətlər sistemi" anlayışı yoxdur.

Məhkəmə heyəti vəzifəli şəxslərin tutduqları vəzifələrin ağırlığı, təklif elədikləri bəxşişin (oxu: rüşvətin) altında əzilmirlər, çünki, bir daha qeyd edək, məhkəmələr müstəqildirlər. Hakimlər də dövlətdən yaxşı maaş alırlar. Uzun sözün qısası, Fransada hüququn diktaturası hökm sürür. Hər kəsin boynu qıldan incədir...

İndi deyilənlərə inansaq, məhkəmə-hüquq sisteminin çoxdan tabuta qoyulub mismarlandığı Azərbaycanda Ali Məhkəmənin sədri vəzifəsinə təyinatı gündəmdə olan Sarbonna Universiteti hüquq fakültəsi məzunu professor-doktor hörmətli İnam müəllim, görəsən, belə bir, istisnasız tam müstəqil məhkəmə sistemini Azərbaycanımızda qura biləcəkmi?

Bu möcüzə gerçəkləşəcəkmi?

Məhəbbət xarüqələr yaradacaqmı?

Qurdla quzu bir yaylaqda otlayacaqmı?

"Tərtər qətliamı"nın bütün günahkar yüksək çinli, vəzifəli şəxslərini məhkəmələrə gətizdirə biləcəkmi?

Qanunsuz həbs olunmuş siyasi məhbusları qeyd-şərtsiz azad edəcəkmi?

Qanqsterlik etmiş məmur-oliqarxların qanunsuz əldə edilmiş mülklərinin üzərinə həbs qoydura biləcəkmi?

Məhkəmə-hüquq sisteminə etimadı, inamı özünə qaytaracaqmı?

Ədalətin təntənəsini qeyd edəcəyikmi?

Gerçəkdən belə bir cəsarət sahibidirsə, bu müşkül işin öhdəsindən gələcəksə, o zaman ikiəlli xeyir-duasını verək!..

Əks halda...

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqan müavini


Xəbər 1013 dəfə oxunub.




02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +