Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq


30.03.2023  18:21 

Axı sabah həmin binaların saxlanma xərcləri var, bunu düşünüblərmi?





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binası istifadəyə verilib. Qiyməti barədə məlumat olmasa da, görünüşündən və göstəricilərindən təxmin etmək olar ki, çox bahalı binadır.

Soruşsan ki belə binaya nə ehtiyac? 100 dənə səbəb gətirərlər. Əməkdaşlarının sayının çoxluğundan tutmuş səmərəli enerji sərfiyyatının tənzimlənməsinə, əhaliyə sürətli və keyfiyyətli xidmət göstərməyə qədər səbəblər sadalayarlar. Sual versən ki, dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən analoji qurumun inzibati binası ilə müqayisə etsək hansından geri qalar? Məlum olar ki, hamısını üstələyir, özü dəfə dəfələrlə.

Son illər bahalı inzibati binaların tikintisi dəb halı alıb. Normal parlament olsaydı hökumətin yaxasında tutub soruşardı ki, vergi ödəyicilərinin pulunu niyə səmərəsiz sahələrə yönəldirsiz. İşğaldan azad olunmuş ərazilərinin pula ehtiyacı olduğu bir vaxtda niyə belə səxavət göstərirsiz? Axı sabah həmin binaların saxlanma xərcləri var, bunu düşünüblərmi? Yoxsa bunu xidmət haqlarını artırmaqla əhalinin belinə yükləmək istəyirlər necə ki Azərsu-nun bahalı binası tariflərin artırılmasını zəruri edir.

Biz dövlətin iqtisadiyyatda rolunun azaldılmasının vacibliyi barədə danışdığımız bir vaxtda hökumət öz şirkətləri və qurumları üçün bahalı inzibati binalar tikir.

Digər məsələ binaların üz örtüyünün şüşədən ibarət olmasıdır. Bakı küləklər şəhəridir və şəhər daim toz olur. Bunu avtomobil sahibləri maşımnlarını yuduqdan 2 dəq sonra, ev xanımları balkonları yuduqdan bir neçə dəqiqə sonra görürlər. Hərdən Heydər Əliyev prospekti ilə Koroğlu metro stansiyasına tərəf gedəndə yol qırağındakı şüşəli binalara baxın. Necə də çirkli görünürlər. Bu çirkli binaları yumaq çoxlu vəsait tələb edir. Heç olmazsa dövlət büdcəsini formalaşdıran, dövlət qurumlarına pul ayıran Maliyyə Nazirliyinin inzibati binasına baxıb görünüş və ölçü baxımından nümunə götürmək yaxşı olardı. Sadəcə sabah neft pulu bitəndə həmin binaları necə saxlamaq barədə düşünmək lazımdır.

P.S. Ümid edirəm yeni yaradılmış Dövlət Su Ehtiyatları Agentliyi üçün yeni inzibati binanın tikintisi barədə plan yoxdur.

Samir Əliyev
İqtisadçı


Xəbər 843 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +