Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq


28.06.2022  21:21 

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib





A+  A-

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndələri, müvafiq sahə üzrə ekspertlər, həmçinin Avropa İttifaqının nümayəndəsi, inklüziv təhsil üzrə beynəlxalq ekspert, professor Mişel Mur iştirak edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülmüş işlər barədə danışıb. Bu sahəyə diqqətin prioritet istiqamətlərdən biri olduğunu qeyd edən F.Məmmədov gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumat verib.

DOST Agentliyinin əməkdaşı Zəhra Həsənova "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılmasının məqsəd və vəzifələri, görülən işlər" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.

Daha sonra tədbir iştirakçıları ilə “Şəhər ifrastrukturunda mövcud müyəssər şəraitin xəritələşdirilməsi, müyəssər marşrutlar və obyektlərin xəritə üzərində ictimai reyesterinin hazırlanması üçün pilot layihə imkanlarının qiymətləndirilməsi” mövzusunda fokus qrup müzakirəsi keçirilib. Tədbir iştirakçıları mövzu ilə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

Sonda Fərid Məmmədov bu cür görüşlərin davamlı keçiriləcəyini, səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağını qeyd edib.

Xəbər 1294 dəfə oxunub.




02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +