Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti
“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq


18.09.2019  14:23 

SOS! 36 saat ərzində 80 milyon insan ölə bilər





A+  A-

Qlobal Hazırlıq Monitorinq Şurası 80 milyon insanın ölümünə səbəb ola biləcək təhlükəli virus barədə xəbərdarlıq edib.
XəzərNews.az Asasmedya.info-ya istinadən xəbər verir ki, 15 nəfərdən ibarət qrup tərəfindən hazırlanan hesabatda dünya liderlərinin qlobal epidemiyaya qarşı hazırlıqsız olması diqqətə çatdırılıb. Bildirilir ki, 1918-1920-ci illərdə İspaniyada yayılan təhlükəli qrip dünyada 50 milyon insanın ölümü ilə nəticələnmiş, İspaniya iqtisadiyyatının 5% kiçilməsinə, sosial xaosa səbəb olmuşdu. Hesabata görə, təhlükəli virus hava nəqliyyatı vasitəsilə 36 saat ərzində dünyaya yayıla və 80 milyon insanı öldürə bilər.

Hesabata fərz edilən epidemiyanı tətikləyəcək infeksiyaların siyahısının yer aldığı dünya xəritəsi də əlavə olunub.

Şura 2020-ci ilin əvvəlində digər qrip epidemiyası barədə xəbərdarlıq ünvanlayıb və dünya əhalisini buna hazır olmağa səsləyib.

Daha əvvəl Nobel mükafatına layiq görülən 50 elm adamı insanların kütləvi məhvinə səbəb ola biləcək 10 ehtimalı açıqlamışdı:

1. Demoqrafik vəziyyət

2. Nüvə müharibəsi

3. Antibiotiklərin təsirini itirməsi

4. Dünya liderlərinin səbəb olduğu qlobal fəlakət

5. Qlobal terrorizm

6. Elmin ikinci plana keçməsi

7. Süni intellekt

8. Bərabərsizliyin səbəb olduğu qlobal böhran

9. Daha güclü narkotik maddələrin yaradılması

10. Eqoizm və yardımlaşmanın yoxa çıxması.


Xəbər 1428 dəfə oxunub.




02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +