“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


04.12.2022  10:27 

Assanj və Snouden əfv edilməlidirmi?





A+  A-

Amerikalı milyarder, Twitter sahibi İlon Mask sosial şəbəkədəki səhifəsində Edvard Snouden və Culian Assancın əfv olunması ilə bağlı sorğu dərc edib.

XəzərNews.az xəbər verir ki, bu barədə İlon Mask məlumat verib.

“Mən fikir bildirmirəm, amma bu sorğunu keçirəcəyimə söz vermişəm. Assanj və Snouden əfv edilməlidirmi?“ - deyə o, əlavə edib.

Xatırladaq ki, 51 yaşlı WikiLeaks-in qurucusu Culian Assanc ABŞ-da WikiLeaks tərəfindən minlərlə hərbi və diplomatik sənədin dərci ilə bağlı casusluq və sui-istifadə ittihamı ilə 17 il məhkum edilib.

İttihamlar maksimum 175 il həbs cəzasını nəzərdə tutur.

O, bu yaxınlarda mini insult keçirib. Assanj 2019-cu ilin aprelindən həbsdə olduğu Londonun Belmarş həbsxanasında qalır.

Assanjın vəkilləri onun ABŞ-a ekstradisiyası ilə bağlı apellyasiya şikayəti verib.

Keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snouden 2013-cü ilin iyununda internetdə ABŞ və Böyük Britaniyanın kəşfiyyat proqramları ilə bağlı bir sıra məxfi materialları Washington Post və Guardian qəzetlərinə təhvil verərək böyük beynəlxalq qalmaqala səbəb olub.

Bundan sonra o, Honq-Konqa, oradan isə Moskvaya uçub və orada bir müddət Şeremetyevo hava limanının tranzit zonasında olub.

Bir sıra ölkələrin imtinalarından sonra Rusiya Snoudenə ABŞ-a qarşı fəaliyyətini dayandırmaq şərti ilə bir il müddətinə müvəqqəti sığınacaq verib.

Və o, bu yaxınlarda Rusiya vətəndaşlığını aldı.

Yusif Əlican
XəzərNews.az


Xəbər 933 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +