Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.03.2021  11:54 

Tramp növbəti seçkilərə hazırlaşır





A+  A-

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2024-cü ildə prezidentliyə namizəd ola biləcəyini bildirib.
XəzərNews.az xəbər verir ki, Tramp bu barədə Floridada Respublikaçılar partiyasının konfransında açıqlama verib.

Ağ Evin keçmiş rəhbəri çıxışında ABŞ-ın yeni Prezidenti Co Baydenin ünvanına sərt tənqidlər səsləndirib, eyni zamanda Respublikaçılar partiyasının gələcək planları barədə fikirlərini bölüşüb.

Keçmiş Prezident yeni bir partiya yaratmaq niyyətində olmadığını, bu mövzudakı bütün iddiaların yalan olduğunu deyib.

“Respublikaçılar partiyamız var. Qürurlu, çalışqan və vətənpərvər amerikalılardan ibarət hərəkatımız yeni başlayıb və biz sonunda qalib gələcəyik”,- deyə Tramp qeyd edib.

Tramp yenidən prezidentlik uğrunda yarışacağını istisna etməyib və son seçkilərdə demokratlara uduzmadığını, əksinə qalib gəldiyini təkrarlayıb.

“Kim bilir? Bəlkə, onlara üçüncü dəfə qalib gəlməyə qərar verərəm”,- deyə keçmiş Prezident bildirib.

Tramp ayrıca konqres (2022-ci ilin dekabrı - red.) və prezident seçkilərinə gedən yolda partiyada fəal rol oynayacağını və növbəti seçkiləri qazanmaq üçün partiya ilə sıx çalışacağını qeyd edib.

Xəbər 2061 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +