Müşavir vəzifəsindən azad edildi
Gəncədə 6 nəfər tortdan zəhərləndi
“Bir də gördüm uçuram” - Taksidəki qadın danışdı
Ermənilər atəşkəsi pozub
İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib


12.01.2024  14:06 

Azərbaycan Ermənistana qarşı... - İclas keçirildi





A+  A-

Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycanın Ermənistanna qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib.

Xarici İşlər Nazirliyindən Xəzərnews.az-a verilən məlumata görə, iclasda ölkəmizi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bildirilib ki, ötən ilin fevral ayının 27-də Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlayıb.

Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.

Qeyri-qanuni işğal dövründə Ermənistan, Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb.

Arbitraj prosesi, məsələnin Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların bir neçə raundunda qənaətbəxş həllin tapılmamasından sonra Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq başlanıb. İş üzrə qərar hər iki tərəfdən təyin edilmiş üç hakimdən ibarət arbitraj məhkəməsi tərəfindən qəbul ediləcək. Arbitraj məhkəməsindən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə qanuni öhdəliklərinə əməl etməməsi ilə bağlı qəti qərarın verilməsi və beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli təzminat tələb edilməsi sorğu olunub.

Xəbər 2115 dəfə oxunub.




11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +