İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


02.04.2025  14:07 

“Qurd Qapısı” restoranı bağlandı





A+  A-

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində, fiziki şəxs İsmayılova Fizulət Eldar qızına məxsus “Qurd Qapısı” restoranı Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji sənaye prinsipinin pozulduğu, qida məhsullarının saxlanması ilə bağlı tələblərin yerinə yetirilməsi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının cirklənmədən qorunub saxlanılmaması, quru xammal sahəsinin, qida məhsullarının saxlanması və işləməsi asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi məlum olub.

"Bununla yanaşı, yoxlama vaxtı yeməklərin hazırlanması və ət emalı sahələrində mexaniki havalandırma sisteminin qurulmadığı, emal sahəsində divarların tam pozulduğu, soyuducu rəflərdə korroziya xüsusiyyətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçməsi və tibbi yardım göstərilmədiyi, əlavə istifadəyə təqdim edilən ətlərin tibbi havalandırma sistemlərinin müəyyən edilməsi. Faktla bağlı müəssisə idarəetmə protokolu tərtib edilmiş, iaşə müəssisəsinin açıq sahədə isti yeməklərin hazırlanması ilə bağlı fəaliyyət nöqsanlar aradan qaldırılanadək nəzarətdə saxlanılıb və icrası məcburi göstərişlər verilmişdir. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə yaradılmışdır. Araşdırmalar davam etdirilir”, - deyə məlumatda qeyd edilib.



Xəbər 1185 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +